CƏMİYYƏT


Şəhid Elşən Həmidovun xatirəsi yad olunub

Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Həmidov Elşən Məzahir oğlunun xatirəsi yad olunub. AZƏRTAC-ın bölgə müxbiri verir ki, şəhid Elşən Həmidovun anım günündə ailəsi ilə bərabər, Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Ziyarətə gələnlər onun məzarına gül çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.