“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib
29.08.2021 [12:51]
Xəbərin mətni
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin növbəti mərhələsi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilər müsabiqənin “Dəniz hazırlığı” mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.