CƏMİYYƏT


Fövqəladə hallar naziri Qəbələ rayonunda yanğının baş verdiyi ərazidə olub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığında yanğının baş verdiyi mürəkkəb relyefli dağlıq ərazidə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün görülən işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.