CƏMİYYƏT


Xaçmazda erkən tunc dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

Xaçmaz rayonun Həsənqala kəndi ərazisində İlk tunc dövrü və Orta əsrlərə aid yaşayış məskənində arxeoloji qazıntılar aparılır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Xaçmaz arxeloji ekspedisiyasının rəhbəri Döyüş Musayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb.