CƏMİYYƏT


V Uşaq Forumunun iştirakçıları üçün yay məktəbi işə başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-da iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbi işə başlayıb.