FHN-in qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində yanğınla mübarizə tədbirlərini davam etdirir
30.08.2021 [18:53]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürmə əməliyyatlarında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və 3 texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, aviasiya dəstəsinin 2 helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin 25 əməkdaşı və 15 yerli sakin iştirak edir.