CƏMİYYƏT


Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan qadın və tanışı saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Nərmin Aydınova saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib. Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib.