CƏMİYYƏT


Ağcabədidə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarının seçimi aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqların seçilməsi məqsədilə görüşlər davam edir. Növbəti seçim mərhələsi Ağcabədi rayonunda aparılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən görüşdə 13-17 yaş arasında olan 20 uşaq iştirak edib.