CƏMİYYƏT


Qəhrəmanlığı ilə dastana dönən şəhid Əlisa Əliyev

Ötən il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi işğalda olan vətən torpaqlarının azad olunması ilə nəticələndi. Xalqımızın igid oğulları qorxmadan könüllü olaraq silaha sarılıb döyüş meydanına atıldılar. Torpaqlarımızın azadlığı kimi müqəddəs amal uğrunda savaşaraq şəhid olmağı özlərinə şərəf saydılar. Belə qəhrəmanlarımızdan biri də 20 yaşında şəhadətə qovuşan Əlisa Əliyevdir.AZƏRTAC xəbər verir ki, Əlisa Arif oğlu Əliyev 2000-ci il yanvarın 8-də Masallı rayonunun Qızılağac kəndində anadan olub.