CƏMİYYƏT


Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər tutulub.
Belə ki, əməliyyatlar zamanı paytaxt sakinləri Ramiz Rzayev, Dəyanət Qurbanov, Vüqar İbrahimov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır