CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun xatirəsi yad olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Qismət Qardaşxanovun anadan olmasının 28-ci ili qeyd edilib. Şəhidin məzarı başında keçirilən anım günündə onun qəhrəmanlıqla dolu xatirəsi yad olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qardaşxanov Qismət Qərib oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla işi üzrə Dövlət Komitəsinin nümayəndəsi, kənd sakinləri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.