CƏMİYYƏT


“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Bu tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.