Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xəzər rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

01.09.2021 [13:06]

Xəbərin mətni

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Binə qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışını təşkil edən daha 1 nəfər tutulub.