CƏMİYYƏT


Şəkidə oğurluq edən qohumlar saxlanılıblar

Şəki Şəhər-Rayon Polis Şöbəsinə Oraban kəndindəki evlərin birindən min manat dəyərində antik samovarın, eləcə də müxtəlif məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Bərdə rayon sakini Nəvai Abbasov, dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyənləşdirilib. Həmin şəxslər icarəyə götürdükləri “Hyundai” markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır