Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünü televiziya əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs barədə araşdırma aparılır

01.09.2021 [20:29]

Xəbərin mətni

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI