CƏMİYYƏT


Ankarada keçirilən beynəlxalq simpoziumda Azərbaycanda məhkəmə-hüquq sistemində qazanılan uğurlar maraqla qarşılanıb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətlərinin Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın və Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya səfəri davam edir. Səfər qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda təşkil edilən beynəlxalq simpoziumda iştirak məqsədilə həyata keçirilib.