CƏMİYYƏT


FHN: Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətindəki yanğın məhdudlaşdırılıb

Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.