SİYASƏT


Niderlandlılar Azərbaycan səfirliyini ziyarət edib, tariximiz və mədəniyyətimizlə tanış olublar

Niderlandlılar Azərbaycanın səfirliyini ziyarət ediblər. Ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olub, eləcə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi, işğal dövründə şəhər və kəndlərin, mədəni və tarixi abidələrimizin ermənilər tərəfindən darmadağın edilməsi haqqında məlumatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığında “Səfirliklər Festivalı” tədbiri çərçivəsində yerli ictimaiyyətin nümayəndələrinin səfirliyimizin binasını ilk dəfə olaraq qruplar şəklində ziyarət etmək imkanı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır