CƏMİYYƏT


Yevlaxda şəhid və qazi övladları üçün əyləncəli tədbir təşkil olunub

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları üçün Kür çayı sahilindəki bulvarda əyləncəli tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən qazilər və şəhid ailələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar.