CƏMİYYƏT


Siyəzəndə 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Siyəzəndə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, çətənə kollarının kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Sərvər Mirzəyev saxlanılıb. Ona məxsus torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan çətənə (kannabis) bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.