CƏMİYYƏT


Göyçay çayında suyun istiqaməti dəyişdirilərək tənzimləmə işlərinə başlanılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı Təmir-Tikinti İdarəsi tərəfindən Göyçay və Ağdaş rayonlarında meliorativ tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Göyçay şəhərindən axan eyniadlı çayda tənzimləmə işləri aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çayın məcrasının genişlənərək ətraf əraziləri yumaması üçün sahil-bərkitmə və bənd işləri sürətlənib. Hazırda çayda işlərin aparılması üçün suyun istiqaməti dəyişdirilib, idarənin bir buldozer və bir ekskovatoru gücləndirilmiş iş rejimində çalışır.