CƏMİYYƏT


Ağdamlılar 28 ildən sonra doğma şəhərlərini ziyarət ediblər

Sentyabrın 5-də Ağdam sakinlərinin bir qrupu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. İllərdir doğma yurd həsrəti ilə yaşayan həmvətənlərimizin ən böyük arzusu yerinə yetdi.