CƏMİYYƏT


Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilib. Axtarış zamanı onun üzərindən 1 kiloqram 50 qram heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan və narkotik vasitələrin satışını həyata keçirən şəxsdən aldığını qeyd edib.