CƏMİYYƏT


Polis Kürdəmirdə əməliyyat keçirib, 6 nəfər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan 6 nəfər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son iki gün ərzində polis əməkdaşları rayonun müxtəlif ərazilərində, xüsusən də Aran qəsəbəsində heroin və patı, şüşə adı ilə tanınan psixotrop maddə olan metamfetaminin satışının təşkil ilə məşğul olan 3 nəfər rayon sakinini - Elnur Tarverdiyevi, Aqşin Bünyatovu və Səbuhi Nuriyevi şübhəli şəxs qismində saxlayıblar.