SİYASƏT


Milli Məclisin sədri Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb.AZƏRTAC xəbər verir ki, yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri "Tokio-2020" 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.