CƏMİYYƏT


İmişlidə narkotiklə tutulan şəxsin digər cinayət əməlinin də üstü açılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb. F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib. Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.