CƏMİYYƏT


Narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.
Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Nəsimi rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən ələva olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.