SİYASƏT


Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafı müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Estoniya parlamentinin – Riiqikoqun sədri Yuri Ratas ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud durumu barədə danışıb. O, Azərbaycan və Estoniyanın öz müstəqilliklərini elan etdikdən sonra bir çox sahələr üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirib.