CƏMİYYƏT


Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini bıçaqlayaraq öldürüb

Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı şəhərin Xaqani küçəsində yaşayan 1968-ci il təvəllüdlü Əli Əlibala oğlu Əliyevi bıçaqlayıb. Ürək, qara ciyər və çənə nahiyyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.