CƏMİYYƏT


Ağsu sakininin həyətində 85 kiloqramdan çox narkotik aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bico kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb.