CƏMİYYƏT


Quba Regional Perinatal Mərkəzində üçəm doğulub

Siyəzən rayon sakini 19 yaşlı Qızılgül Zabitli avqustun 22-də təcili tibbi yardım maşını ilə Quba Regional Perinatal Mərkəzinə gətirilib. Q.Zabitli vaxtından əvvəl doğuş təhlükəsi, 33 həftəlik hamiləlik və üçəm diaqnozu ilə mərkəzə qəbul olunub və gənc ana uşaqları dünyaya gətirib. Üçəmin ikisi qız (2 və 2,2 kiloqram), üçüncüsü isə oğlan (1,4 kiloqram) uşağıdır. Əvvəlcə körpələrin hər üçünə tənəffüs dəstəyi göstərilib. Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır.