Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada Əlibəyqışlaq və Aşağı Xuc su kanalları beton üzlüyə alınır

10.09.2021 [16:32]

Xəbərin mətni

Quba rayon Suvarma Sistemləri İdarəsi (SSİ) tərəfindən köhnə su kanalları yenilənir. Hazırda bu məqsədlə Əlibəyqışlaq və Aşağı Xuc kanallarının beton üzlüyə alınması işləri görülür.Quba rayon SSİ-nin mühəndisi Samir Məmmədhüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Quba rayonunda 26 min 300 hektar suvarılan ərazi mövcuddur. Görülən meliorativ tədbirlər nəticəsində sahələri suvarma suyu ilə təmin edən torpaq kanallar mütəmadi olaraq lil və kol-kosdan təmizlənir. Təmir planına uyğun olaraq gələcəkdə mərhələli şəkildə bütün torpaq kanallar beton kanallarla əvəz ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI