SİYASƏT


Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun plenar iclası keçirilib

Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrliyi ilə keçirilən plenar iclasda UNESCO İcra Şurasının prezidenti Aqapito Mba Mokuy, UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tavfik Celasi, eləcə də quruma üzv və müşahidəçi qismində qoşulan ölkələrin UNESCO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, diplomatları iştirak ediblər.