SİYASƏT
Şəhid Elnur Cabbarovun anım mərasimi keçirilib
11.09.2021 [13:19]
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnur Cabbarovun anım mərasimi keçirilib.Anım mərasimində şəhidin ailə üzvləri, döyüş və hərbçi yoldaşları, Laçın rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]