MƏDƏNİYYƏT


Qubada yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər

Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbə sakinləri yəhudi təqviminə görə 5782-ci ilin gəlişini qarşılayırlar. Roş-Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram günündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır