Norveçdə “Sənət diplomatın gözü ilə” adlı rəsm sərgisi açılıb
11.09.2021 [17:40]
Xəbərin mətni
Norveçdə rəssam və diplomat Gülşen İpiçürüğün “Sənət diplomatın gözü ilə” adlı rəsm sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, açılışı Norveçin Bərum şəhərində baş tutan sərgidə nümayiş olunan rəsmlər, rəssam və diplomat Gülşen İpiçürükün Türkiyə, Azərbaycan, müxtəlif Afrika ölkələri və Norveçdən aldığı ilham nəticəsində ərsəyə gəlib.