CƏMİYYƏT


Ağstafada iki qardaş bıçaqlanıb

Ağstafa rayonunda iki qardaş bıçaqlanıb. Hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib.AZƏRTAC xəbər verir ki, kənddə yerləşən kafelərin birində mübahisə zəminində Yaşar Zeynalov və qardaşı Müşfiq Zeynalov bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində ölüb. Digər qardaş isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.