FHN: Ötən sutka 47 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
13.09.2021 [12:04]
Xəbərin mətni
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 47 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 2 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.