Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotacirlər tərəfindən narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb

13.09.2021 [12:23]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI