Ağdam Cümə məscidinin axundunun 28 il saxladığı açarlar məscidə təhvil verilib
13.09.2021 [14:13]
Xəbərin mətni
Ağdam Cümə məscidinin axundu Barat Bağırov Ağdam işğal altında olduğu 28 il müddətində məscidin açarlarını özündə saxlayıb. Axundun oğlu Hamin Bağırov həmin açarları Ağdam Cümə məscidinə gətirib.Hamin Bağırov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, atası Barat Bağırov 1978-ci ildə Ağdam şəhər Cümə məscidinə axund təyin olunub.