CƏMİYYƏT


Qusarlı gənclər Ümumrespublika Xəmsə Festivalının regional turunun qalibi olub

Sentyabrın 13-də Qubada Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş Ümumrespublika "Xəmsə" Festivalının regional turu təşkil edilib.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkda, açıq havada keçirilən bilik yarışının açılış mərasimində YAP Quba rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Yusif Abidov çıxış edərək dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır