CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində işə başlayan “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinosla görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri Migel Anhel Moratinosa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam qeyd edib ki, Migel Anhel Moratinos Azərbaycanda həm dövlət, həm də xalq tərəfindən böyük hörmətə sahibdir.