CƏMİYYƏT


Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan ümumilikdə dörd kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, bir ədəd “Kalaşnikov” markalı avtomat, beş ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkarlanıb.