Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
14.09.2021 [14:06]
Xəbərin mətni
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış massivində 1814 nəfər sakinin yaşadığı 1-5 saylı binaları əhatə edir.