SİYASƏT


Prezident İlham Əliyev: Sosial və infrastruktur layihələri rayonların uğurlu inkişafı üçün zəmin yaradır

Cəlilabad və Şəmkir rayonlarında sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən səsləndirib.