Azərbaycan Dövlət İnformasiya Agentliyi

Misirin tanınmış alimi sosial şəbəkədəki kanalında Azərbaycan haqqında video yayımlayıb

14.09.2021 [18:58]

Xəbərin mətni

Misirin tanınmış alimi, professor Xalid Əzab “Mədəniyyətlər və kitablar” adlı şəxsi yutub kanalında və feysbuk sosial şəbəkəsindəki hesabında Azərbaycan tarixi haqqında video yayımlayıb.
AZƏRTAC xəbər verir ki, professor Əzab Misir ictimaiyyətinə və ərəbdilli izləyicilərə Azərbaycanın coğrafi mövqeyi, tarixi və mədəniyyəti haqqında müfəssəl məlumat verir. O, eyni zamanda, ölkəmizin zəngin mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin İslam irsinin mühüm hissəsi olduğunu vurğulayır.