Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mustafa Şentop: Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının nişanəsidir

16.09.2021 [09:51]

Xəbərin mətni

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.AZƏRTAC xəbər verir ki, rəsmi tviter hesabı vasitəsilə yayımlanan təbrik mesajında deyilir: “Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını erməni və bolşevik işğalından azad etdi. Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru paşa olmaqla əziz şəhidlərimizi rəhmət və hörmətlə yad edirəm”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI