MƏDƏNİYYƏT


Moskvada Azərbaycan xalçalarının ixracına həsr olunmuş dəyirmi masa təşkil edilib

Moskvadakı “Heimtextil 2021” interyer parça, ev tekstili və bəzək materiallarının ixtisaslaşdırılmış beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstil məhsullarının Rusiyada populyarlaşması” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü və “Russian Business Guide”nın informasiya dəstəyi ilə təşkil edilib. Dəyirmi masanın moderatoru, “Russian Business Guide”nın Baş redaktoru Mariya Suvorovskaya olub.