“Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir
17.09.2021 [10:03]
Xəbərin mətni
Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.
Təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.