SİYASƏT


Hərbi məktəbdə yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti çıxış edərək Azərbaycan Ordusunun qazandığı nailiyyətlərin davam etdirilməsi məqsədilə qarşıya qoyulan tələb və tapşırıqları bundan sonra da böyük həvəs və inamla yerinə yetirəcəklərini bildirib. Onlar Ordumuzun daha da inkişafı naminə müasir tələblərə cavab verəcək peşəkar zabit heyətinin hazırlanmasında, formalaşmasında səylərini əsirgəməyəcəklərini vurğulayıblar.